logotype

Azərbaycan Müəllim İnkişafı Mərkəzi

 

Türkiyənin Anadolu Universitetinin Professoru Ahmet Aypayın təqdimatında

Humanitar elmlərdə tədqiqat metodları



 


AMİM tərəfindən Bakıya dəvət olunan Türkiyənin Anadolu Universitetinin Professoru Ahmet Aypayın təqdimatında "Humanitar elmlərdə tədqiqat metodları" adlı üç günlük təlim haqqında elanı diqqətinizə çatdırırıq.

Təlimin məqsədi humanitar elmlərdə yəni pedaqogika, sosiologiya, fəlsəfə, idarəetmə, psixologiya, politologiya kimi sahələrdə istifadə olunan tədqiqat metodlarını və tədqiqatın nəticəsi olan elmi iş və məqalələrin yazılması qaydalarını iştirakçılara öyrətməkdir.


Təlimdə kimlər iştirak edə bilər?


- Ali məktəblərin və institutların müvafiq elm sahələrində çalışan müəllimləri, elmi işçiləri
- Ali məktəblərdə humanitar sahələrdə doktorantura və magistratura təhsili alan tələbələr
- Tədqiqatla məşğul olan hər kəs


Təlimin sonunda iştirakçılar:


- Müasir mənada elmi tədqiqat anlayışlarına bələd olacaqlar
- Elmi tədqiqatın aparılması mərhələlərini öyrənəcək və praktiki olaraq istifadə edəcəklər
- Elmi tədqiqatın növlərini, üsullarını öyrənəcək və praktiki istifadə edəcəklər
- Elmi məqalənin yazılması mərhələlərini, strukturunu öyrənəcək və beynəlxalq impakt faktorlu elmi jurnallara uyğun məqalə yazacaqlar


* Təlim Türk dilində keçiriləcəkdir. Ehtiyac olduqda Azərbaycan dilinə tərcümə olunacaqdır.

Təlim günlərinin hər birində iki çay fasiləsi olacaqdır və təlimin sonunda iştirakçılara sertifikat, öyrənmə materialları təqdim olunacaqdır.

Təlimçi müəllim:

Ahmet Aypay ( http://ahmetaypay.com/hakkimda/ )

Tarix:

25-27 yanvar, 2019-cu il

Saat:

9.00 - 16.00

Ünvan:

Azərbaycan Müəllim İnkişafı Mərkəzi
Hüseyn Cavid Prospekti 186
(Mirvari Park Yaşayış Kompleksi)

Ödəniş:

75 AZN

Əlavə məlumat və qeydiyyat üçün:

(012) 599 1967 və ya 050 290 1695

info@azteachers.az

Ödəniş:

75 AZN

75 AZN